Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Heydər Əliyevin hakimiyyəti dövründə başqa dövlətlərlə münasibətində rolu

0

  •       Azərbaycan tarixində silinməz iz qoyan və heç vaxt unudulmayan bir çox şəxsiyyətlər olmuşdur. Məhz belə şəxsiyyətlərdən biri də Heydər Əliyev olmuşdur. Dahi lider Heydər Əliyev öz dərin zəkası, cəsarəti və müdrikliyi ilə digər dövlət başçılarından tamamilə fərqlənən bir lider idi. Onun uzaqgörən siyasəti bugünkü Azərbaycanımızın formalaşmasında və inkişafında əvəzsiz rol oynamışdır. O ,demək olar ki, xalqımızın xilaskarı və dövlətimizin memarı olmuşdur.     Bildiyimiz kimi 1991-ci ildə müstəqillik qazanmağımızı bizə çox görən mənfur düşmən xalqımıza və dövlətimizə qarşı daha da amansızlıq göstərmişdir. Bununla yanaşı dövlət idarəçiliyində səriştəsi olmayan bir neçə şəxslərin hesabına dövlətimiz parçalanmaq vəziyyətinə gəlib çatmışdı. Dövlətimizin və millətimizin ən çətin vaxtında bir çox çətinlikləri gözə alan dahi Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dövlətinin inkişaf strategiyasını elan etdi. İlk öncə 20 faizdən artıq torpaqlarımızı işğal edən ermənistanla 1994-cü ildə “Atəşkəsə “ nail olan dahi lider daha sonra ölkəmizin həm sosial həm də iqtisadi sahələrində yeni uğurlara imza atdı. İlk uğurlardan biri olan ”Əsrin müqaviləsi” Azərbaycanın həm region daxilində və həm də beynəlxalq səviyyədə nüfuzunun artmasına səbəb olmuşdur. Dahi lider Heydər Əliyev siyasətində ən başlıca məqsəd Azərbaycan dövlətini həm region daxilində və həm də beynəlxalq səviyyədə ən yüksək səviyyəyə qaldırmaq olmuşdur. Bunun üçün o,xarici neft şirkətləri ilə bir çox müqavilələrə nail olaraq dövlətimizin iqtisadi gücünü daha da artırmışdır. Xarici dövlətlərlə əməkdaşlığa üstünlük verən Heydər Əliyev uzaqgörən siyasəti nəticəsində xarici şirkətlərlə mühüm müqavilələr bağlamışdır. Bütün bu uğurların nəticəsi olaraq bu gün Azərbaycan beynəlxalq səviyyədə həm iqtisadi və həm də hərbi gücü ilə tanınan güclü bir dövlətə çevrilmişdir. Bu gün bir vətəndaş olaraq fəxr edirəm ki, Azərbaycan xalqının Heydər Əliyev kimi müdrik və güclü iradəyə malik lideri olmuşdur. Çox şükürlər olsun ki, bu gün Azərbaycan Respublikasına Heydər Əliyev irsini və siyasətini layiqincə davam etdirən İlham Əliyev kimi güclü bir lider rəhbərlik edir!Yaşasın Azərbaycan !Yaşasın Heydər Əliyev siyasəti!Yaşasın Ali Baş Komandan İlham Əliyev!
    Türkan Hümbətova, 
    Xocalı rayon Yaloba kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib37 dəfə
    heydər Əliyevin hakimiyyəti dövründə başqa dövlətlərlə münasibətində rolu

    Maraqlı gələ bilər
    26
    32
    32
    37